10 C
Baku
Thursday, March 12, 2026

PAŞA Kapital ölkənin ilk korporativ IPO-su çərçivəsində PAŞA Bank, ABB Invest, Unicapital ilə əməkdaşlığa dair saziş imzalayıb

®11 mart 2026-cı il tarixində PAŞA Kapital İnvestisiya Şirkəti ilə ölkənin aparıcı korporativ maliyyə institutlarından olan PAŞA Bank, həmçinin ABB Invest və Unicapital İnvestisiya Şirkəti arasında qarşılıqlı tərəfdaşlığa dair əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.

Qeyd edilən saziş, PAŞA Bank tərəfindən planlaşdırılan ölkənin ilk korporativ İlkin Kütləvi Təklif (IPO) layihəsi çərçivəsində səhmlərin yerləşdirilməsi prosesində investorların iştirak imkanlarının genişləndirilməsinə və kapital bazarlarına çıxışın daha da asanlaşdırılmasına xidmət edir.

Əməkdaşlıq çərçivəsində tərəflər IPO prosesinin daha geniş investor auditoriyasına çatdırılması, investorların məlumatlandırılması və səhmlərin yerləşdirilməsi mərhələsində operativ və səmərəli iştirak imkanlarının təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Qarşılıqlı razılaşmaya əsasən, investorlar layihənin əsas anderrayteri qismində çıxış edən PAŞA Kapital və tərəfdaş investisiya şirkətlərinin platformaları vasitəsilə PAŞA Bank səhmlərini rahat və tam onlayn şəkildə əldə edə biləcəklər.

Xatırladaq ki, ölkəmizin kapital bazarında özəl şirkət və özəl bank tərəfindən ilk dəfə həyata keçiriləcək bu IPO prosesi çərçivəsində PAŞA Bank investorlara səhmlərinin 5%-ni təklif etməyi planlaşdırır.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya şirkətin https://www.pashacapital.az/ rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.

DSC 3031 1 DSC 3034 DSC 30322

Son xəbərlər
Digər xəbərlər