1 C
Baku
Saturday, December 14, 2024

 “ElKart” indi pulsuz oldu

Azərbaycan Beynəlxalq Bankı öz məhsullarını müştərilər üçün daha da sərfəli etmək üçün yeni bir addım atıb. Bankın hissə-hissə ödəniş imkanlı kredit kartı olan “ElKart” 31 avqust 2016-cı il tarixinədək keçirilən kampaniya çərçivəsində müştərilərə heç bir xidmət haqqı tutulmadan verilir. Bu kartla illik 22% faiz dərəcəsi ilə 500 manatdan 5000 manatadək kredit əldə etmək olar. “ElKart”-la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir.

Banker.az xəbər verir ki, “ElKart”-la Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları olan yüzlərlə ticarət və xidmət mərkəzlərində ödənişlər aparmaq, müxtəlif güzəştlər qazanmaq, vaxtaşırı keçirilən kampaniyalardan faydalanmaq mümkündür.

2014-cü ildən müştərilərin istifadəsində olan “ElKart” Azərbaycanda buraxılmış ilk təmassız ödəniş kartıdır. “ElKart” “VİSA PayWave” və “Mastercard PayPass” təmassız ödəniş xidmətlərini dəstəklədiyindən ödəniş zamanı kartın POS terminala daxil edilməsinə gərək yoxdur. Kartlar SMS-Xəbərdarlıq xidmətinə də pulsuz qoşulur. Daha ətraflı: www.elcard.az

Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər