Bu ilin fevral ayında Azərbaycan Ermənistana 4 milyon 220 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.
Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0.12 %-ni təşkil edib.
Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.






