ABŞ Prezidentinin Çinə səfəri təxirə salınıb

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişə fonunda bu aya planlaşdırılan Çinə səfərinin təxirə salındığını elan edib.

O, bu barədə oval kabinetdə İrlandiyanın Baş naziri Mixol Martinlə görüşü zamanı bildirib.

“Biz görüşü təxirə salırıq və görünür, o, təxminən beş həftə sonra baş tutacaq. Biz Çinlə əlaqədə qururuq. Onlar etiraz etmədilər”, – Tramp deyib.

O əlavə edib ki, Çin sədri Si Cinpinlə görüşü səbirsizliklə gözləyir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər