“Tesla” ABŞ-də akkumulyator istehsalına $4,3 milyard xərcləyəcək

“Tesla” şirkəti Cənubi Koreyanın “LG Energy Solution” şirkəti ilə $4,3 milyardlıq saziş imzalayıb. Saziş çərçivəsində Miçiqan ştatının Lansinq şəhərində yerləşən zavodda enerji saxlama sistemləri üçün komponentlərin (LFP akkumulyatorları) istehsalı təşkil olunacaq. Zavodun 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Son vaxtlar “Tesla” enerji sahəsinə aktiv şəkildə investisiya yatırır və bu razılaşma şirkətin avtomobil istehsalından kənarda mövqelərini gücləndirir. “LG” ilə bağlanan müqavilə “Tesla”ya enerji biznesinin əsas komponentləri üzərində daha çox nəzarət imkanı verəcək; bu sahə indiyədək əsasən xarici təchizatçılardan asılı olub.

Miçiqandakı zavod əvvəlcə “LG” və “General Motors”un birgə layihəsi kimi nəzərdə tutulmuşdu. Lakin dünyanın ən köklü avtomobil istehsalçılarından biri olan “General Motors” ötən il elektromobillərə yatırımlarını azaltmaq çərçivəsində layihədən çıxıb.

Son xəbərlər
Digər xəbərlər