Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-fevral aylarında 70,8 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,7 dəfə artmış, maşın və avadanlıqların istehsalı isə 20 faiz azalmışdır.
Banker.az DSK-ya istinadən xəbər verir ki, 2026-сı ilin yanvar-fevral aylarında 716 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 249 ədəd çox (53.3% çox) minik avtomobili istehsal olunub. 01.03.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 215 ədəd təşkil edir.
2026-cı ilin yanvar-fevral aylarında 79 ədəd traktor istehsal edilib ki, bu da illik müqayisədə 1.3% çoxdur. 01.03.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 6 ədəd təşkil edir.







