9 C
Baku
Thursday, December 12, 2024

Ukraynada daha bir azərbaycanlı iş adamı öldürüldü

Ukraynanın Pokrovsk şəhərində (keçmiş Krasnoarmeysk) azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar.

Pokrovsk Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, öldürülən şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1966-cı il təvəllüdlü Ukrayna vətəndaşı Abdulla Abdullayevdir.

Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələri olan A. Abdullayev iyunun 14-də axşam saatlarında evinə gedərkən öldürülüb.

İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılıb. Onun başında güllə yarası aşkarlanıb. Qatillər avtomobildəki 40 min dollara yaxın pulu da aparıblar.

Yaşadığı şəhərdə dəfn olunan iş adamının qətli ilə bağlı cinayət işi başlanılıb, qatillər axtarılır.

Qeyd edək ki, bu günlərdə Donetsk vilayətinin Qorlovka şəhərində də azərbaycanlı iş adamı İlqar Aşurov oğurlanaraq öldürülüb. Cinayəti törədənlər onun avtomobilini və killi miqdarda pulu oğurlayıblar.

Bundan başqa, Pokrovskda “Azərbaycan” Cəmiyyətinin sədri Şahin Bəylərovun mülkləri və iki avtomobili partladılıb.

Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir.

Son xəbərlər
Digər xəbərlər