Cəmiyyətlərin və hər iki ölkənin hakimiyyət nümayəndələrinin ritorikasında bir-birinə qarşı aqressiya və düşmənçilik azalır.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq deyib.
“Bütün məsələlərin həll olunduğunu, heç bir problem olmadığını və Ermənistan ilə Azərbaycan arasında sülhün tamamilə problemsiz olduğunu demək — bu, həddindən artıq şişirtmədir. Nəhayət, uzun illər davam edən münaqişə olub, çox qan tökülüb və yaralar hələ də təzədir”, – nazir bildirib.
Lakin onun sözlərinə görə, hər iki dövlət arasında bir-birinə qarşı aqressiya və düşmənçilik getdikcə azalır.






