19.05.2026-cı il tarixində saat 11:00-da “Beyləqan Mehmanxana” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncaq Beyləqan şəhəri, Heydər Əliyev 23 A ünvanında keçiriləcəkdir.
Yığıncağın gündəliyinə Cəmiyyətin İllik hesabatının müzakirəsi və Cəmiyyətin yeni direktorunun təyin edilməsi məsələlərinin müzakirəsi daxildir.
Xatırladaq ki, “Beyləqan Mehmanxana” ASC-nin nizamnamə kapitalı 217 770 manatdır və qanuni təmsilçisi Cahid Kərimovdur.






