FT: “TotalEnergies” Hörmüz boğazının bağlanmasından $1 milyarddan çox qazanc əldə edib

“TotalEnergies”in treyderləri may ayında yüklənmə ilə BƏƏ və Omandan mövcud olan bütün neft partiyalarını alıblar və bunun sayəsində mart ayı ərzində 1 milyard dollardan çox qazanc əldə ediblər. Bu barədə şirkətə yaxın mənbəyə istinadən “Financial Times” məlumat yayıb. Ümumilikdə təxminən 70 partiya alınıb ki, bu da əvvəlki ayla müqayisədə iki dəfə çoxdur.

ABŞ və İsrailin İrana zərbələrindən sonra Tehran Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb ki, bu da Murban və Oman markalı neftə tələbatı kəskin artırıb və qiymətləri yüksəldib. Ticarət aktivliyi təxminən 50% artıb. “TotalEnergies” alışları genişləndirərək, o cümlədən fyuçerslər, opsionlar və svoplar vasitəsilə əhəmiyyətli mənfəət əldə edib.

Şirkətin nümayəndəsi FT-yə bildirib ki, “TotalEnergies” ticarət fəaliyyəti ilə bağlı şərh vermir. Martın 13-də şirkət Qətər, İraq və BƏƏ şelfində hasilatın dayandırıldığını açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər