Bazarda valyuta bolluğu: Əhali nağd dolları satır, “exchange”lər satış kursunu 1.70-dən aşağı endirib

Azərbaycanda 2026-cı ildən başlayaraq ilk dəfə bank və “exchange”lərdə əhali tərəfindən ABŞ dollarının nağd satışların artması müşahidə edilməyə başlayıb. Hətta bir sıra “exchange”lər məzənnəni rəsmi 1 dollar üçün müəyyən edilmiş 1.70 manatdan da ucuz satmağa başlayıblar. Bu indiyə qədər rast gəlinən azsaylı hadisələrdən biridir. Mərkəzi Bank isə son açıqlamada əhalinin məzənnə ilə bağlı gözləntilərinin nikbin olduğunu deyir.

Banker.az-ın Monitorinq Qrupunun yerli valyutadəyişmə məntəqələrində apardığı araşdırmaya görə, ABŞ dollarını nağd şəkildə 1.9672 manat satış kursu ilə belə almaq olar. Əhali tərəfdən ABŞ dollarının satış məzənnəsinin ən çox hiss olunan “exchange”lərdir. Paytaxta fəaliyyətdə olan 5 valyuta dəyişmə məntəqələrinin hər biri dolları nağd şəkildə rəsmi məzənnədən aşağı kursla dəyişir. Satışlar Novruz bayramına qədər 1.70 dollar-manat kursu ilə dəyişsə də, sonradan daha da aşağı enib.

Dolların ən aşağı satış qiyməti 1.6972 AZN ilə “Delta Capital” MMC tərəfindən təklif olunur. Ona çox yaxın səviyyədə – 1.6973 AZN ilə “A Zuhur” MMC də əlverişli variant kimi çıxış edir. Bu valyuta dəyişmə məntəqəsi ən aşağı marja (spred) ilə dolları dəyişir.

Ən yüksək alış qiyməti 1.6970 AZN səviyyəsindədir. Bu məzənnəni bir neçə qurum təklif edir ki, onların sırasında ABB, Kapital Bank, PAŞA Bank, TuranBank və “A Zuhur” MMC yer alır.

(şəkil 1)

4534598 1
Şəkil 1

Keçək rəsmi və statistik tərəfinə. İlk öncə dünən Mərkəzi Bank uçot faiz dərəcəsinə dair iclasında bu məsələyə bir daha aydınlıq gətirərək bildirdi ki, valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 mln. ABŞ dolları üstələyib. Əslində öncəki yazılarımızda da buna aydınlıq gətirmişdik. Ölkədə ilin ilk başlanğıcında adətən bankların əhaliyə nağd dollar satışları onlardan alınanları xeyli üstələyridisə, bu il bu fond istiqamət 180 dərəcə dəyişib. İndi əhali tərəfdən banklara və valyuta dəyişmə məntəqələrinə nağd dolları manata çevirmək üçün gələnlər artıb. Müqayisə üçün əlavə edək ki, 2024-cü ilin ilk iki ayında banklardan əhali tərəfə (yəni əks) nağd 488 mln. dollar, 2025-ci ilin eyni dövründə isə 211.3 mln. dollar axın olmuşdu. (şəkil 2)

Azərbaycanda dedollarizasiya depozitlərdə də müşahidə edilir. Məsələn, əhalinin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7%-ə düşüb. Mərkəzi Bankdan bu enişi “məzənnə ilə bağlı gözləntilərin nikbin olduğu” ilə əlaqələndirilir.

Yeri gəlmişkən bu mühit Mərkəzi Bank üçün də valyuta bazarında alışyönlü mövqeyinə gətirib çıxarır. 2026-cı ilin ilk rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 11.7 mlrd. ABŞ dollarına yüksəlib.

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət 1.1 mlrd. ABŞ dolları məbləğində  profisit yaranıb.

Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qaldığı bildirildi. Əlavə edildi ki, son vaxtlar əsas ixrac məhsulları (təbii burada neft və təbii qaz qiymətləri nəzərdə tutulut) üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.

7787s scaled
şəkil 2

 

Son xəbərlər
Digər xəbərlər