“Geoengineering” ASC 2024-cü ili 1 597 962 manat xalis mənfəət ilə başa vurub. Əvvəlki il üzrə müvafiq göstəricilərə nəzər salsaq, xalis mənfəəti 684 358 manat olub ki, bu da illik müqayisədə 2.3 dəfə artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Cəmiyyətin əsas fəaliyyətindən gəliri 31 Dekabr 2024-cü il tarixdə bitən il üzrə 8 900 602 manatdan 12 826 139 manata çatıb.
2024-cü ildə “Geoengineering” ASC-nin cəmi aktivləri 11 833 482 manatdan 12 802 706 manata, cəmi öhdəlikləri isə 7 552 816 manatdan 8 702 867 manata çatıb.
Xatırladaq ki, cəmiyyət Azərbaycanda və Xəzər dənizi regionunda mühəndis-geologiya tədqiqatları, dağ-mədən qazma və dəniz işləri sektorunda fəaliyyət göstərir.





