Azərbaycanın əsas ixrac bazarda qazın qiyməti yüksəlib

Avropada qazın qiymətləri ABŞ-ın İrana təhdidləri fonunda artır. Banker.az xəbər verir ki, Niderlandın təbii qaz habında (TTF) Avropa qaz fyuçerslərinin qiyməti 3,1% artaraq bir meqavatı 50,8 avro və ya ($620 dollar hər min kub üçün) çatıb.

Bu, ABŞ Donald Trampın İranın infrastrukturasına mümkün zərbələr barədə sərt bəyanatlarından sonra baş verib.

Münaqişənin başlanmasından bəri qaz qiymətləri 55%-dən çox artıb. Bloomberg bu gün yazır ki, Avropa üçün vəziyyət kirtikdir. Anbarlar təxminən yalnız 28% doludur və kəsintilər qışa qədər LNG üçün rəqabəti gücləndirir.

Yeri gəlmişkən Avropa Azərbaycan təbii qazının ixrac etdiyi bazardır. Bu ilin ilk iki ayında Azərbaycandan xaricə 4 mlrd. 381 mln. kub-m təbii qaz ixracından 1 mlrd. 285 mln. dollar valyuta əldə edib. İxrac təqribən 5% artıb. Ümumi ixracın yarıdan çoxu (təxminən 2,3-2,5 milyard kubmetr) Avropa İttifaqı ölkələrinin payına düşür. 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. 2026-cı ilin mart ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında Almaniya və Avstriyanın rəsmən siyahıya əlavə olunduğu və TAP kəmərinin ötürücülük qabiliyyətinin illik 1,2 milyard kubmetr genişləndirildiyi vurğulanıb.

2026-cı ilin ilk iki ayında Azərbaycanın dövlət büdcəsində təbii qazın orta ixrac qiyməti 1000 kubmetr üçün 440 dollar səviyyəsində müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər