Tramp İrana silah tədarük edən ölkələrə 50%-lik rüsumlarla hədələyib

ABŞ prezidenti Donald Tramp İrana silah tədarük edəcək ölkələrin bütün idxalına 50%-lik rüsum tətbiq ediləcəyi ilə hədələyib.

“İstisna və güzəştlər olmayacaq!” — deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.

Donald Tramp həmçinin İranla bağlı hərbi əməliyyatların iki həftəlik dayandırıldığını elan edib ki, bu müddət ərzində danışıqlar aparılsın və sülh razılaşması əldə olunsun. Bu dövrdə İsrail də İrana zərbələri dayandıracaq.

Aprelin 10-da Islamabad şəhərində Vaşinqton və Tehran nümayəndələri arasında danışıqların keçirilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər