STP-nin törəmə şirkətinə yeni baş icraçı direktor təyin olundu

STP Qrupun Şirkətlərindən olan STP Heavy Engineering şirkətinə yeni Baş icraçı direktor təyin edilib.

Banker.az xəbər verir ki, Azad Hüseynov STP Heavy Engineering şirkətinə yeni Baş icraçı direktor vəzifəsinə təyinat alıb.

Azad Hüseynov 2023-cü ilin iyunundan 2026-cı ilin aprel ayına kimi STP-nin baş maliyyə inzibatçısı, 2023-cü ilin noyabr ayından 2024-cü ilin iyun ayına kimi “SOCAR-STP” MMC-nin Baş icraçı direktoru olub.

O, 8 ilə yaxın Azərbaycan Dəmir Yollarında çalışmış, onun 3 ilini Strateji və inkişaf departamentinin direktoru kimi çalışıb.

Xatırladaq ki, STP Heavy Engineering ağır maşınqayırma, metal konstruksiya istehsalı və antikorroziya həlləri üzrə ixtisaslaşmış istehsal müəssisəsidir. Zavod yerli və beynəlxalq standartlarına uyğun olaraq geniş çeşiddə məhsul və mühəndislik xidmətləri təqdim edir.

Son xəbərlər
Digər xəbərlər