Nazirlər Kabineti “İri, orta və kiçik sahibkar meyarları” haqqında qərarında dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişikliklər kiçik və orta sahibkarlıq meyarları ilə bağlıdır.
İndiyə qədər işçilərinin orta siyahı sayı 25 nəfərədək, illik gəliri 120 min manatadək olan sahibkarlar kiçik sahibkarlar, işçilərinin orta siyahı sayı 25 nəfərdən 125 nəfərədək, illik gəliri 120 min manatdan 1 milyon 250 min manatadək olan sahibkarlar orta sahibkar hesab edilib. Dəyişikliyə əsasən kiçik və orta sahibkarlıqla bağlı illik gəlir meyarları dəyişib. Bundan sonra illik gəliri 200 min manatadək olan sahibkarlar kiçik sahibkar, illik gəliri 200 min manatdan 1 milyon 250 min manatadək olan sahibkarlar orta sahibkar hesab ediləcək.