2026-cı ilin yanvar-mart ayında Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 4 milyard 540 milyon dollar təşkil edib.
Banker.az xəbər verir ki, o cümlədən 2 milyard 501 milyon dollarlıq xam neft, 1 milyard 883 milyon dollarlıq təbii qaz ixrac edilib.
2025-ci ilin yanvar-mart ayında Azərbaycandan 5 milyard 614 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 3 milyard 337 milyon dollarlıq xam neft, 2 milyard 206 milyon dollarlıq təbii qaz ixrac edilmişdir.
Beləliklə, illik müqayisədə xam neft ixracından gəlir 25%, qaz ixracından gəlir isə 15% azalıb.





