Bu ilin yanvar-mart aylarında Azərbaycan 42 512.15 ton şəkər ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfəyə yaxın artımdır.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2026-cı ilin 3 ayında 27 milyon 904 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4.5 dəfə çoxdur.
Cari ilin yanvar-mart aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.52%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3.24%-ə bərabər olub.





