DSMF Mərkəzi filialı üçün 1 milyondan çox vəsaitə ofis icarələyir

DSMF ofis icarəsi üzrə 1,03 milyon manatlıq müsabiqə elan edib.

Banker.az xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi Mərkəzi filial üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasını elan edib.

Satınalma üzrə ehtimal olunan qiymət 1 037 520 manat təşkil edir.

Satınalma çərçivəsində Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi nəzərdə tutulur.

Satınalan təşkilat “Dövlət Sosial Müdafiə Fondu” P.H.Ş. olub və hüquqi ünvanı Həsən bəy Zərdabi küçəsi 80-də yerləşir.

Son xəbərlər
Digər xəbərlər