BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar

BOKT “Kredex” QSC-də Audit komitəsinin tərkibində dəyişiklik baş tutub.

Banker.az xəbər verir ki, BOKT “Kredex” QSC səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, cəmiyyətin Audit komitəsinin yeni tərkibi müəyyən edilib.

Qərara görə, Emil İsayev Audit komitəsinin sədri, Tatyana Filileyeva isə komitənin üzvü təyin olunub.

Xatırladaq ki, BOKT “Kredex” QSC 2013-cü ildə yaradılıb və nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Namiq Baxışovdur.

Son xəbərlər
Digər xəbərlər