6 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradıla bilər

“AXA” sığorta qrupu Azərbaycanın həyat sığorta bazarındakı imkanları araşdırır və bu sahəyə investisiya etmək üçün münasib vaxtı gözləyir. Bunu açıqlamasında “AXA-Mbask” sığorta şirkətinin İdarə Heyətinin sədri Səlcuq Adıgözəl deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qrup Azərbaycanda həyat sığortasını inkişaf edən bazar kimi görür və bu sahəyə pul qoymaq niyyətindədir: “Həyat sığortasına investisiya yatırmağı düşünürük. Lakin bunun üçün maliyyə bazarındakı alətlər tənzimlənməli, alternativ variantlar ortaya çıxmalıdır. Biz ən azı 1-2 il öncədən vəziyyəti görə bilməliyik. Başqa elə bir problem yoxdur. Hər zaman bu bazara investisiya etməyə hazırıq”.

Xatıqladaq ki, “AXA-Mbask” 1992-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 19,734 mln. manatdır. Səhmlər 100% Fransanın “AXA” sığorta qrupuna (“AXA Seguros Generales, S.A.”) məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər