Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb – fəaliyyəti dayandırıldı

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, ev 91 ünvanında fəaliyyət göstərən Abbaszadə Nəsimi Əlipolad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstehsal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində istifadə olunan suyun, bütün alət və avadanlıqların təmiz olmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilərək, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər