İraq Ceyhan vasitəsilə neft ixracını gündəlik 500 min barelə qədər artırır

İraq yaxın vaxtlarda ölkənin şimalındakı Kərkükdən Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına daşınan neftin həcmini gündəlik 500 min barelə qədər artıracaq. Bu barədə İraqın neft nazirliyi məlumat verib.

Mart ayının ortalarında İraq Kərkükdən Ceyhana daşınan gündəlik neft həcmini 250 min barelə çatdırmışdı. Aprelin 6-da isə ölkə cənubdakı Bəsrə vilayətindən gündəlik təxminən 90 min barel nefti İraq Kürdüstanı regionuna yönəltməyə başlayıb ki, oradan da boru kəməri ilə Ceyhana ötürülsün. Beləliklə, şimal quru marşrutu üzrə ümumi nəql həcmi 340 min barelə çatdırılıb.

“Basra Oil Company” şirkətinin rəhbəri Basem Abdel Kərim Naser bildirib ki, İraqın ixrac strategiyasında məcburi dəyişiklik və şimal marşrutunun müvəqqəti alternativ kimi əhəmiyyətinin artması ölkənin cənubunda təhlükəsizlik və əməliyyat vəziyyətinin mürəkkəbləşməsi səbəbindən satış kanallarında yaranan fasilələri kompensasiya etmək zərurəti ilə bağlıdır. “Sky News Arabia”nın məlumatına görə, mart ayında İraqın neft ixracı təxminən 80% azalıb.

Son xəbərlər
Digər xəbərlər