Qiymətli metallar Yaxın Şərqdə gərginliyin artması fonunda ucuzlaşıb

2026-cı ilin iyun ayı üzrə “Comex” əmtəə birjasında qızıl fyuçersləri Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə 1,36% ucuzlaşaraq bir unsiya üçün 4813 dollara düşüb.

“Comex”də iyun ayı üzrə gümüş fyuçerslərinin qiyməti isə 2,9% azalaraq bir unsiya üçün 79,46 dollara enib. Qiymətli metallar Yaxın Şərqdəki vəziyyət fonunda ucuzlaşır.

Aprelin 7-də İran və ABŞ iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 13-də Vaşinqton Ormuz boğazına qarşı dəniz blokadasına başlayıb. Aprelin 17-də Tehran birtərəfli qaydada boğazı kommersiya gəmiləri üçün açsa da, ABŞ İran limanlarının blokadasını davam etdirib. Bundan sonra İran yenidən boğazı bağlayıb.

Aprelin 19-da ABŞ prezidenti Donald Tramp Oman körfəzində Touska adlı İran yük gəmisinin ələ keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, gəmi dəniz blokadasını yarmağa çalışıb. Növbəti gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bildirib ki, Tehran Touska-nın ələ keçirilməsini hücum və atəşkəs rejiminin pozulması kimi qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər