Şuşada yeni 7 bina tikiləcək, 29.4 milyon manatlıq müqavilə imzalandı.
Banker.az xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi tərəfindən Şuşa şəhərində böyük tikinti layihəsinə start verilir.
Məlumata görə, şəhərin D-3 massivində 2-ci mərhələ üzrə nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işləri üçün satınalma həyata keçirilib.
Layihənin icrası “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunub.
Müqavilənin ümumi dəyəri 29 373 907 manat təşkil edir.






