SpaceX-in bazar dəyəri $6.6 trilyona çatarsa, İlon Mask əlavə 60 mln. səhm alacaq — The Information

“SpaceX” şirkəti bazar dəyəri 6,6 trilyon dollara çatacağı təqdirdə təsisçisi İlon Mask üçün əlavə 60 milyon səhm ayrılmasını nəzərdə tutan planı təsdiqləyib. Bu barədə “The Information” məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Mask “SpaceX”dəki payını artıraraq hazırkı və keçmiş əməkdaşlardan 1,4 milyard dollar dəyərində səhmlər alıb. Alınan səhmlərin dəqiq sayı açıqlanmayıb.

Bundan əlavə, şirkət planına əsasən, bazar kapitalizasiyası 6,6 trilyon dollara çatarsa və kosmik məlumat emalı mərkəzlərinin tikintisi layihəsi başa çatarsa, Mask əlavə 60 milyon səhm əldə edəcək.

Səhmlər mərhələli şəkildə — hər 500 milyard dollarlıq kapitalizasiya artımı üzrə hissə-hissə veriləcək.

2026-cı ilin əvvəlində media “SpaceX”in IPO keçirmək planları barədə məlumat yaymışdı. “Bloomberg”in məlumatına görə, şirkət 2026-cı ilin iyununda birjaya çıxmağı və 2 trilyon dollar dəyərində qiymətləndirmə əldə etməyi planlaşdırır.

Fevralın əvvəlində “SpaceX” “xAI” və “X” sosial şəbəkəsinin alındığını elan edib. Bu sövdələşmədən sonra şirkətin qiymətləndirilməsi 1,25 trilyon dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər