Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Rich Motors” MMC və ya “Geely Azerbaijan” barəsində inzibati protokol tərtib edib.
Banker.az xəbər verir ki, protokol 16 mart 2026-cı il tarixində yazılıb.
Məlumata görə, aparılan yoxlamalar zamanı şirkətin qadağan olunmuş reklam fəaliyyəti ilə məşğul olduğu və reklam yayımı qaydalarına riayət etmədiyi müəyyən edilib.
Bu hal “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi üzrə rəsmiləşdirilib.
“Rich Motors” MMC — Azərbaycanda avtomobil idxalı, satışı və servis fəaliyyəti göstərən, əsasən Çinin “Geely” markasının rəsmi distribütoru kimi tanınan avtomobil şirkətidir







