“Holcim Azerbaijan” 100 milyon manat üzərində olan yığılmış mənfəətindən dividend ayırır

Azərbaycanın sement istehsalçısı “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Banker.az  xəbər verir ki, yığıncaq iyunun 18-də, saat 10:00-daBakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 (“Hyatt Regency” iş mərkəzi) ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Müşahidə Şurasına və Təftiş Komissiyasına üzv seçilməsi, nizamnaməsində dəyişikliyin və 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiq edilməsi, ötənilki xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.

Sement istehsalçısı 2024-cü ildə 19.54 mln. manat xalis mənfəət əldə edib. Bununla bölüşdürülməmiş mənfəət 114.58 mln. manata qalxıb.

Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər