“Qala Sığorta” 67 min manata Milli Depozit Mərkəzinin əməkdaşlarını sığortalayacaq

Milli Depozit Mərkəzi sığorta xidmətləri üçün “Qala Sığorta” ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortası və avtonəqliyyat vasitələrinin kasko sığortası xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti  olmuşdur.

Tərəflər arasında bağlanan müqavilənin ümumi məbləği 67 270 manat təşkil edir.

Müqavilə şərtlərinə əsasən, “Qala Sığorta” MDM əməkdaşlarına tibbi sığorta xidmətləri göstərəcək və qurumun balansında olan nəqliyyat vasitələrinin kasko sığortasını təmin edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər