“Strategy” daha $255 milyon dəyərində bitkoin alıb

Maykl Seylora məxsus “Strategy” şirkəti aprelin 20-dən 26-dək olan dövrdə orta hesabla $77 906 qiymətə 3 273 ədəd bitkoin alaraq ümumilikdə $255 milyon xərcləyib.

Aprelin 26-na olan məlumata görə, şirkətin balansında 818 334 BTC (ümumi emissiyanın təxminən 4%-i) mövcuddur. Bu aktivlərin alınmasına 2020-ci ildən bəri təxminən $61,81 milyard vəsait sərf olunub.

Şirkətin orta alış qiyməti 1 BTC üçün $75 537 təşkil edir.

Son xəbərlər
Digər xəbərlər