2016-cı ilin ilk dörd ayında ABŞ Azərbaycandan 2,1 mln. barrel neft idxal edib.
Energetika İnformasiyası üzrə Dövlət İdarəsinin açıqladığı statistikadan məlum olur.
Qeyd edək ki, ötən ilin analoji dövründə ABŞ Azərbaycandan neft idxal etməyib. Bununla belə, ümumilikdə, 2015-ci ildə ABŞ 4,82 mln. barrel, 2014-cü ildə isə 8,4 mln. barrel Azərbaycan nefti alıb.
APA








