Dünya Bankı: İlin sonuna qədər Brent nefti 115 dollara qədər arta bilər

Neft və qaz qiymətləri bu il ABŞ və İsrailin İranla münaqişəsi səbəbindən 24% artacaq. Bu proqnozlar Dünya Bankının “Əmtəə bazarlarının perspektivləri” adlı yeni hesabatında təqdim olunub.

Təşkilatın mütəxəssislərinin qiymətləndirməsinə görə, Brent markalı neftin bir barelinin orta qiyməti 2026-cı ildə $86-a çatacaq ki, bu da 2022-ci ildən bəri ən yüksək göstəricidir. Hesabatda qeyd olunur ki, proqnozlar ən ciddi tədarük fasilələrinin may ayında başa çatacağı ehtimalına əsaslanır. Həmçinin Dünya Bankı hesab edir ki, ilin sonuna doğru Hörmüz boğazı vasitəsilə yanacaq tranziti tədricən müharibədən əvvəlki səviyyəyə qayıdacaq. Əgər tədarükdəki fasilələr daha uzun sürərsə, bu il Brent neftinin orta qiyməti bir barel üçün $95–$115 aralığında ola bilər.

Bununla yanaşı, analitiklər qeyd edirlər ki, münaqişənin təsirləri yalnız enerji bazarı ilə məhdudlaşmır və digər xammal məhsullarına da sirayət edir. Onların proqnozlarına görə, 2026-cı ildə gübrələrin qiyməti 23,5% artacaq. Alüminium, mis və qalay daxil olmaqla əlvan metalların orta qiymətlərinin yüksək volatillik fonunda tarixi maksimuma çatacağı gözlənilir. Dünya Bankının ehtimalına görə, qiymətli metalların dəyəri 2026-cı ildə 42% artacaq. Analitiklər bunu geosiyasi qeyri-müəyyənlik səbəbindən daha sabit aktivlərə artan tələbatla izah edirlər.

Son xəbərlər
Digər xəbərlər