İyulun 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
İstiqrazların ümumi məbləği 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gündür. İstiqrazlar oktyabrın 11-də ödəniləcək. “Paşa Kapital” ASC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.






