Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarla təklif olunur.

Hazırda “exchange”lər üzrə ən aşağı satış məzənnəsi 1.6970 manat səviyyəsində “A Zuhur” MMC tərəfindən təklif olunur. Digər məntəqələrdə isə satış qiymətləri 1.6975–1.6990 manat aralığında dəyişir. Məsələn, “Meta Kapital” MMC və “Eliko” MMC dolları 1.6975 manat-dən satır, “MMK-014” MMC isə 1.6990 manat səviyyəsində təklif edir.

Alış məzənnələrinə gəldikdə isə, ən yüksək səviyyə 1.6955 manat ilə yenə “A Zuhur” MMC tərəfindən qeydə alınıb. Digər məntəqələrdə alış kursları əsasən 1.6930–1.6950 manat intervalında formalaşıb.

Banklar arasında isə nağd dolları ən ucuz satanlar sırasında Unibank və TuranBank (1.7005 AZN), həmçinin Rabitəbank (1.7005 AZN) yer alır.

Qeyd edək ki, 2017-ci ilin martından bu tərəfə Mərkəzi Bank manat üçün lövbər 1 dollar=1.7000 manat sabit məzənnə seçib.

Azərbaycan Mərkəzi Bankı keçən həftə valyuta bazarına alışyönlü intervensiya etdiyini açıqlamışdı. Bildirmişdi ki, profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə valyuta bazarında təklif tələbi üstələyib, nəticədə həm nağd, həm də qeyri-nağd seqmentlərdə artıq təklif formalaşıb və ölkənin valyuta ehtiyatları artıb.

Apreldə tələbin zəif olması fonunda Mərkəzi Bank 1 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə edib, nəticədə ehtiyatlar 1 milyard 29.7 milyon dollar artıb və bu vəsaitin bir hissəsi il ərzində bazar tarazlığını qorumaq üçün yenidən istifadə oluna bilər.

Azərbaycan bankları 2026-cı ilin birinci rübündə valyuta bazarında əhaliyə nağd 322 milyon ABŞ dolları satarkən, 391.4 milyon dollar alıblar. Beləliklə, alışlar satışı üstələdiyindən (və ya təklif tələbi üstələdiyindən) əhali tərəfindən banklara doğru xalis nağd 69.38 milyon dollar axın olub. Bundan əlavə, 2025-cı ilin aprelindən 2026-cı ilin aprelinə qədər ümumilikdə 606.2 milyon dollarlıq əhali tərəfindən banklara doğru nağd ABŞ dolları axını olub. Bu indi qədər qeydə alınan nadir bir illik bir isitqamətli axındır.

Bununla da Mərkəzi Bankın bildirdiyinə görə orta mübadilə məzənnəsi ilk rübdə 1.6984 USD/AZN-dən 1.6981 USD/AZN-ə düşüb.

5454554 scaled

6666

Son xəbərlər
Digər xəbərlər