Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək 10 fiziki şəxs və 8 şirkəti, o cümlədən Kamerun, Çin və Tailanddan olan qurumlarıqara siyahıya daxil edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Siyahıya daxil edilən fiziki şəxslər arasında Elmir Sayfullin, Çulpan İslamova, Savsan Yusupova, Sergey Kaşçenko, Mixail Volovik, Yeqor Nikitin, Anastasiya Barışeva, Konstantin Trifonov, Pavel Nikitin, həmçinin Fransa və Kamerun vətəndaşı Mişel Qay Ateba yer alır. Belarusda anadan olmuş Pavel Nikitin Britaniya XİN-in izahatında “Rustakt” və “Santross” şirkətlərinin sahibi kimi göstərilir.
Məlumata görə, sanksiya siyahısında olan şirkətlərin Böyük Britaniya banklarında hesabları aşkar edilərsə, onlar dondurulacaq, fiziki şəxslərə isə ölkəyə giriş qadağan ediləcək.







