“Bakı Fəhləsi Maşınqayırma Zavodu”nun ötən il mənfəəti 4 dəfəyə yaxın azalıb

“Bakı Fəhləsi Maşınqayırma zavodu” ASC 2025-ci ili 229 291 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilin nəticəsi (872 409 manat) ilə müqayisədə 3.8 dəfə və ya 74% azalma deməkdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Zavodun illik müqayisədə təxminən 42% azalaraq 3 milyon 607 min manatdan 2 milyon 83 min manata düşüb. Gəlirlərin azalmasına paralel olaraq satışın maya dəyəri (cəmi xərclər) də azalıb. 2024-cü ildəki 2 milyon 734 min manatlıq xərc 2025-ci ildə 1 milyon 854 min manata enib.

İşçi heyəti üzrə əmək haqqı xərcləri 278 386 manatdan 244 667 manata, DSMF ayırmaları isə 51 146 manatdan 45 675 manata geriləyib.

Son xəbərlər
Digər xəbərlər