Vaşinqton administrasiyası Kubadakı repressiyalarda ehtimal olunan iştiraklarına və ABŞ-nin milli təhlükəsizliyinə təhdidlərinə görə həmin ölkədəki bir sıra şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ-nin Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, Kuba iqtisadiyyatının təxminən 40 %-nə nəzarət edən “Grupo de Administracion Empresarial S.A.” (GAESA) konqlomeratı sanksiyalara məruz qalıb. Həmçinin, GAESA-nın rəhbəri, vəzifəli şəxsi və ya direktorlar şurasının üzvü olan və ya vaxtilə bu vəzifələri tutmuş Aniya Lastres Morera sanksiyalar siyahısına daxil edilib.
Bundan əlavə, metallurgiya və mədənçıxarma sektorunda fəaliyyət göstərən “MOA Nickel SA” (MNSA) şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Qeyd edilir ki, yaxın günlərdə və həftələrdə növbəti sanksiya qərarları qəbul edilə bilər.






