“Giləzi-Yem” şirkəti 2025-ci ili zərərlə başa vurub

“Giləzi-Yem” ASC 2025-ci ili xalis zərərlə başa vurub. Bununla belə, xalis zərər ötən illə müqayisədə 3% azalıb. 2024-cü ildəki 189 554 manatlıq zərər, 2025-ci ildə 184 287 manata düşüb.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin əsas əməliyyat gəlirləri illik müqayisədə 1.2% artaraq 115 min manatı keçib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 2024-cü illə müqayisədə 15% azalaraq 1.33 milyon manatdan 1.13 milyon manata düşüb. Bu azalma əsasən uzunmüddətli aktivlərin (bina, avadanlıq və nəqliyyat vasitələri) dəyərinin düşməsi ilə bağlıdır. Xüsusilə nəqliyyat vasitələrinin dəyərində ciddi azalma qeydə alınıb.

“Giləzi-Yem” şirkətinin cəmi öhdəlikləri (borcları) 27% azalıb. 2024-cü ildə 753 min manat olan borclar, 2025-ci ilin sonunda 553 min manata qədər endirilib.

 

Son xəbərlər
Digər xəbərlər