“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək

30 iyun 2026-cı il saat 11:00-da “Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2025-ci il üzrə illik hesabatının müzakirəsi və təsdiqi.

2. 2025-ci ilin nəticələri üzrə dividendlərin verilməsi.

3. Cəmiyyətin müşahidə şurasının müfəttişinin seçilməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10:00-dan 16:00-dək tanış ola bilərlər.

Səhmdarların ümumi yığıncağı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A nömrəli ünvanda “Badukubə” şadlıq evində keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər