Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 21,612 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
Türkiyə İxracatçılar Məclisinin məlumatına əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur.
Təkcə apreldə Türkiyə Azərbaycana 6,103 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 109,8 % çoxdur.
4 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 1,5 % azalaraq 5,324 milyard ABŞ dollarına, apreldə isə 18,4 % artaraq 1,451 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox geyim idxalını Almaniya 804 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11 % az), Niderland 597 milyon ABŞ dolları (-4,2 %) və İspaniya 55 milyon ABŞ dolları (+6,4 %) dəyərində həyata keçirib.







