Bu ilin birinci rübündə başlamış hazırkı enerji böhranı tarixdə ən böyük böhrandır.
Bu barədə “Saudi Aramco” şirkətinin baş direktoru Amin Nasser investorlarla keçirilən konfrans zamanı bildirib.
O, “Saudi Aramco” şirkətinin yüksək səviyyədə dayanıqlılıq nümayiş etdirdiyini qeyd edib.
Səudiyyə şirkətinin rəhbəri bildirib ki, “Saudi Aramc”o üç həftə ərzində gündə 12 milyon barel olmaqla maksimum dayanıqlı neft hasilatına çata bilər.
“Təchizatdakı ciddi fasilələr neft və qazın dünya üçün əhəmiyyətini açıq şəkildə ortaya qoyub. Bu, tələbdən deyil, təklifdən qaynaqlanan bir böhrandır”, – deyə o əlavə edib.






