“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Pirəhmədli kəndində həyata keçiriləcək xarici su təchizatı, tullantı su şəbəkəsi və qurğularının tikintisi layihəsi ilə bağlı müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, layihənin icrası “Azsur Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.
Müqavilənin dəyəri 1 599 999 manat təşkil edir.







