2025-ci ildə Bakı metrosunda sərnişindaşıma azalsa da, gəlirlər artıb.
Banker.az xəbər verir ki, ötən il metro nəqliyyatı ilə 226.80 mln. sərnişin daşınıb ki, bu da 2024-cü illə müqayisədə 1.4% azdır.
Sərnişin dövriyyəsi isə 2 671.46 mln. sərnişin-km təşkil edib. Bu göstərici illik müqayisədə 1.6% azalıb.
Bununla yanaşı, metro nəqliyyatında sərnişindaşımalardan əldə olunan gəlirlər artıb.
Belə ki, 2025-ci ildə bu sahədə gəlirlər 116.46 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 15.7% çoxdur.
Sonuncu dəfə Tarif Şurası tərəfindən Bakı metrosunda gediş haqqı 2024-cü il iyulun 1-dən 40 qəpikdən 50 qəpiyə qaldırılsa da, 2025-ci ildə 60 qəpiyə qaldırılıb. Sonuncu dəyişiklik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən edilib.
Bu arada “Bakı Metropoliteninin sədri Vüsal Aslanov daha əvvəl bildirmişdi ki, 2025-ci ildən qatar intervalları azaldılıb, pik saatlarda xətt üzrə qatar sayı 36 cütə çatdırılıb. Onun sözlərinə görə, metroda rəqəmsal həllər, süni intellekt əsaslı idarəetmə və yeni ödəniş sistemləri üzərində də iş aparılır.






