Azərbaycanda hava nəqliyyatında sərnişindaşıma göstəriciləri 2025-ci ildə artım nümayiş etdirib. Bu artım həm gəlir, həm də sayda müşahidə edilib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə hava yolu ilə 4.16 mln. sərnişin daşınıb ki, bu da 2024-cü ildəki 4.04 mln. sərnişinlə müqayisədə 2.9% artım deməkdir.
Beynəlxalq sərnişindaşıma son bir ildə 3.30 mln. nəfərdən 3.41 mln. nəfərə yüksəlib, daxili daşımalar isə 748.4 min nəfərdən 753.6 min nəfərə qalxıb.
Beləliklə, hava nəqliyyatında sərnişindaşımalardan əldə olunan gəlirlər 2025-ci ildə 1 mlrd. 177.88 mln. manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 4.5% artım deməkdir. Hesabat ilindən öncəki ildə 1 mlrd. 127.48 mln. manat idi.







