“Geoengineering” ASC 2025-ci ilin ilk yarım ilini 484 252 manat mənfəətlə başa vurub.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Geoengineering” ASC-nin 2025-ci ilin birinci yarısı üzrə hesabatına görə, şirkət tərəfindən 4 milyon 421 min manat həcmində satış reallaşdırılıb.
Şirkətin ümumi aktivləri 12 milyon 802 min manatdan 11 milyon 178 min manata düşərək 13% azalıb.
Xatırladaq ki, cəmiyyət Azərbaycanda və Xəzər dənizi regionunda mühəndis-geologiya tədqiqatları, dağ-mədən qazma və dəniz işləri sektorunda fəaliyyət göstərir.







