“Azərenerji” ASC Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodu üçün iri tender elan edir.
Banker.az xəbər verir ki, müsabiqə çərçivəsində sözügedən zavod üçün 110 kV-luq elektrik verilişi xəttinin (EVX) tikintisi və müvafiq elektrikquraşdırma işlərinin görülməsi nəzərdə tutulur.
Satınalma üzrə ehtimal olunan qiymət 22 114 969 manat məbləğində müəyyən edilib.







