Dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı) ABŞ-nin iki nəhəng maliyyə şirkətinin səhmlərinin bahalaşması nəticəsində portfelində əhəmiyyətli artım əldə edib.
Banker.az xəbər verir ki, 2025-ci ilin sonuna “Visa inc.” və “Mastercard inc.” investisiyalarının cəmi dəyəri 78.4 milyon ABŞ dollarına çatıb.
Bu, 2024-cü ilin sonundakı 71 milyon dollarla müqayisədə 10.5% artım deməkdir.
Xüsusilə “Visa” səhmləri 56.8 milyon dollara yüksələrək illik 10.9% bahalaşıb.
“Mastercard” səhmləri isə 21.57 ABŞ dolları ilə illik 9% artım göstərmişdir.







