®Azərbaycan Hava Yolları (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.
Sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunmağa davam edir.
“Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zərüri tədbirlər həyata keçirilir”, – deyə məlumatda bildirilir.






