Slovakiya Azərbaycanla azı 10 illik uzunmüddətli müqavilənin bağlanmasını müzakirə edir.
Bunu Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba deyib.
“Slovakiya enerji tədarükünü şaxələndirmək istəyir. Azərbaycan isə bizim üçün etibarlı tərəfdaşdır. Yeganə məsələ enerji resurslarının Mərkəzi Avropaya necə çatdırılmasıdır. Yəni söhbət sizin enerji resurslarınızı almaq istəyib-istəməməyimizdən deyil, onları Mərkəzi Avropaya necə çatdıracağımızdan gedir.
Hazırda biz hansı boru kəmərlərindən və hansı həcmdə istifadə oluna biləcəyini müzakirə edirik”, – deyə o bildirib.






