“OpenAI” Malta hökuməti ilə “OpenAI for Countries” layihəsi çərçivəsində əməkdaşlıq sazişi imzalayıb. Şirkət 2026-cı ilin may ayından etibarən adətən aylıq 20 dollar olan ChatGPT Plus planına bütün Malta sakinləri üçün pulsuz giriş təmin etməyə başlayacaq.
Lakin bundan əvvəl istifadəçilər Malta Universiteti tərəfindən hazırlanmış neyroşəbəkələrdən istifadə üzrə məcburi kursu keçməlidirlər. Daha sonra girişin paylanmasına Maltanın Rəqəmsal İnnovasiyalar İdarəsi cavabdeh olacaq.
Bir illik pulsuz ChatGPT Plus xaricdə yaşayan Malta vətəndaşları üçün də əlçatan olacaq. Vətəndaşlığın necə təsdiqlənəcəyi isə açıqlanmayıb.
“OpenAI” əməkdaşlığın maliyyə detalları barədə məlumat verməyib və yeni məlumat mərkəzlərinin tikintisini elan etməyib.







